Bakıda Universitet müəllimi vəfat etdi - FOTO

ÖLKƏ
10:23 / 30.07.2020
1110

Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin müəllimi Atəş Abdullayev vəfat edib.

Bu barədə onun həmkarları bildiriblər.

1942-ci il təvəllüdlü A.Abdullayev Göyçay rayonunun Qaraman kəndində anadan olub. 1964-cü ildə ali məktəbi bitirib.

1981-ci ildə pedaqoji elmlər namizədi, 1990-cı ildən dosentdir.

Müxtəlif vəzifələrdə çalışıb. 1990-1999-cı illərdə Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunda dosent və fakültə dekanı, 1999-2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunda prorektor işləyib.

2016-cı il tarixindən ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının dosenti idi.
Allah rəhmət eləsin...

0
Modern.az