Bakı polisi imtahanlara belə NƏZARƏT EDİR

ÖLKƏ
11:00 / 30.07.2020
908

Bakıda növbəti buraxılış (qəbul) imtahanları pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil edilib.

HİT.Az xəbər verir ki, bu barədə məlumatı Bakı şəhər Baş Polis İdarəsi Mətbuat Xidməti yayıb. 

Məlumatda bildirilib ki, iştirakçılar arasında sosial məsafənin qorunmasına və tibbi maskadan istifadə edilməsinə nəzarət olunur.

İmtahan keçirilən ünvanlarda polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparır. Bu məqsədilə ictimai təhlükəsizliyin tam və hərtərəfli təmin olunması üçün bütün zəruri tədbirlər icra olunur.

0