Sumqayıtda sərnişin avtobusu qəzaya düşdü - FOTO

ÖLKƏ
14:58 / 30.07.2020
920

Sumqayıtda sərnişin avtobusu qəzaya düşüb.

HİT.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Məşədi Əzizbəyov və Nəriman Nərimanov küçələrinin kəsişməsində qeydə alınıb.

Təyin olunmuş xətt üzrə hərəkətdə olan 7 nömrəli sərnişin avtobusu "Opel" və "Mercedes" markalı minik avtomobilləri ilə toqquşub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1