Dünya ölkələrində koronavirus pandemiyasına görə karantin elan olunub. Hazırda Azərbaycanda da sərt karantin rejimidir və insanların əksəriyyəti yaşayış yerini yalnız SMS-icazə ilə tərk edə bilir. Bu da onların əmək fəaliyyətinə əngəl yaradır və dolanışıqlarını çətinləşdirir.
HİT.Az xəbər verir ki, məcburən iş dalınca gedən günəmuzd işçilər arasında isə karantin rejimini pozduğuna görə cərimələnlər var. Aydındır ki, onların indiki durumda bu cəriməni ödəməyə gücləri çatmır. Vətəndaşlar isə cərimələrin silinməsi ilə bağlı hələ də ümidlidirlər.
Bəs dövlət dövlət mövcud şəraiti və vəziyyəti, insanların karantin qaydalarını pozmaq məcburiyyəti və səbəblərini nəzərə alıb, onlara hər hansı bir güzəştin tətbiq edə bilərmi?
Millət vəkili Fazil Mustafa HİT.Az-a açıqlamasında təklifi müsbət dəyərləndirib:
"Cərimələnən insanlarla bağlı öncədən hansı güzəştlərin tətbiq olunmasını söyləmək mümkün deyil. Bu müfaviq icra orqanının səlahiyyətinə aid məsələdir.
Hər bir halda vətəndaş sübuta yetirərsə ki, həqiqətən iş prosesinə görə cərimələnib, bu güzəştin tətbiq olunmasının tərəfdarıyam".
Günay Şahmarqızı