Son günlər Bakıda mülkiyyətə qarşı cinayətlərin sayında artan dinamika müşahidə olunur.
"BakuPost" xəbər verir ki, karantin rejimi başlayanda oğurluq halları azalmışdı. Bu hüquq mühafizə orqanları əməkdaşlarının küçələrdə daima partul nəzarəti həyata keçirməsi və insanların evdə olması ilə əlaqələndirilirdi. Ancaq indi koronavirusla bağlı tətbiq edilən mövcud məhdudiyyətlərə baxmayaraq, oğurluqların sayı dayanmadan artır.
Karantindən əvvəl paytaxt polisi sutka ərzində şəxsi və dövlət əmlakının talanması ilə bağlı ortalama 45 fakt qeydə alırdı. Karantin dövründə isə bu göstəricilər kəskin şəkildə azaldı – gündəlik 20 oğurluq.
Lakin son 5 gündə karantin rejiminin davam etməsinə baxmayaraq, oğurluq göstəriciləri 30-a kimi yüksəlib. Bunlar adətən xırda qarətlərdir, amma aralarında böyük oğurluqlara da rast gəlinir.
Məsələn, Bakının mərkəzində ötən sutka pub soyulub. Hüquq mühafizə orqanlarından verilən məlumata görə, sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar bağlı olan obyektin sahibi Vəfadar İsmayılov Neftçilər prospektindəki müəssisədə 15 min manatlıq invertarın yoxa çıxdığını bildirib.
Oğrular obyektdən 5 televizor, özünəsifariş aparatı, kompüter, qab-qacaq və spirtli içkilər aparıblar. Ehtimala görə, qarətdə bir neçə nəfər iştirak edib.
Lakin hələlik faktla bağlı heç kim saxlanılmayıb. Araşdırmanı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Bölməsinin əməkdaşları aparırlar.
Nizami rayonunda Şaiq Əhmədova məxsus (1996-cı il) çay evindən isə məişət avadanlıqları və pul deyil, 1600 manatlıq qida məhsulları oğurlanıb.
Yasamal rayonu, Hüseyn Cavid prospektindəki oyun zalından isə dəyəri 5000 manat olan kompüter və monitor oğurlanıb.
Müşahidələr göstərir ki, son zamanlar qida məhsullarının oğurluğu faktları artıb. Bunu isə mütəxəssislər əvvəlcədən proqnozlaşdırırdı. Bildirilirdi ki, iş yerlərinin bağlanması, gəlirin olmaması insanları şəxsi əmlaka qarşı belə addım atmağa vadar edəcək.
Bununla yanaşı, dünyada neftin qiymətinin düşməsi və maliyyə böhranının mənfi təsirləri də gözlənilən idi. Azərbaycanlı mütəxəssislər bunu hələ 5 il öncədən – manatın devalvasiyası vaxtı proqnozlaşdırırdılar.
Lakin heç kim bu faktorlara tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı bir çox iş yerinin bağlanmasının da əlavə ediləcəyini gözləmirdi.
Bu amillər kriminogen vəziyyətin kəskinləşməsinin və sosial differensasiyanın artmasının əsas nəticələridir.
Müxtəlif ekspertlər karantin tədbirləri zamanı xırda və orta biznesin müflis olmasını qeyd edirlər. Dövlət dəstəyi biznesi müflis olmaqdan xilas edə bilmir, daha çox şirkət bağlanır və yaxın perespektivdə bu tendesiya davam edəcək.
Hələlik isə hüquq mühafizə orqanları ölkədə kriminogen vəziyyətin nəzarətdə olduğunu deyirlər. Lakin bu gün hökumətin cinayətkarlıqla mübarizə üçün profilaktik tədbilər görməyi lazımdır.
Bu tədbirlər sadəcə Bakı küçələrində polis patrullarının işinin artırılması, polisin işinin təkmilləşdirilməsi ilə məhdudulaşımır. Həm də karantin rejiminin yumşaldıması, əhaliyə işləmək və gəlir əldə etmək imkanının yaradılması, sosial problemlərin həlli lazımdır.