Bakıda əməliyyat: 2 nəfər həbs edildi

ÖLKƏ
00:48 / 10.05.2020
1811

Bakının Xəzər rayonunda oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Seyfulla Abdullayev saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun Salyan rayon sakini Rəhman Məmmədovla birgə daha 5 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.

Görülmüş tədbirlərlə Rəhman Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq törətmək) və 177.2.2-ci (təkrar oğurluq törətmək) maddələri ilə ittiham edilirlər.

Xəzər rayon Məhkəməsində hakim Zaur Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin seilməsi üçün istintaq orqanını təqdimatına baxılıb.

Hakim təqdimatı təmin edib. Hər iki şəxsin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

0