Bakı restoranlarında hazırlıq başladı

ÖLKƏ
20:38 / 16.05.2020
981

Bakıda kafe və restoranlar 18 maya hazırlıq görür.

Mayın 18-dən kafe-restoranların səhər saat 8-dən axşam 6-dək işləməsinə icazə verilməsi canlanmaya səbəb olub.

Hazırda bəzi kafelərdə səliqə-sahman başlanıb, müəyyən təmir işləri aparılır, masalar arasındakı məsafə tənzimlənir. İşçilərə isə 1-ci gündən işə gəlmək tapşırılıb.

Amma xidmətçilərin heç də hamısı işə dəvət olunmayıb. Bunu isə kafe-restoranların 18:00-dək fəaliyyət göstərməsi ilə əlaqələndiriblər.

Qeyd edək ki, kafe-restoranlarda masa arxasındakı oturacaqlar arasında məsafə 1, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.

1
Axar.az