Yüzlərlə əsgəri ölümdən xilas edən həkim koronavirusdan öldü - FOTO

ÖLKƏ
09:59 / 31.07.2020
2272

Azərbaycanda daha bir həkim COVID-19 infeksiyasının qurbanı olub.

HİT.Az xəbər verir ki, bu barədə jurnalist Səlim Əzizoğlu məlumat paylaşıb. 

Məlumata əsasən, indiyədək çoxsdaylı əsgər və zabitin həyatını xilas etmiş tibb xidməti mayoru, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərov koronavirusdan dünyasını dəyişib:  

"Doğrudan da, ölüm yaxşıları aparır... Aprel döyüşləri zamanı öz iş yerində səngərdə olan, bir çox əsgərimizi həyata qaytaran Teymur doktoru koronavirusun cəngindən qurtarmaq mümkün olmadı. Mərkəzi Hərbi Hospitalın həkimi, gözəl insan Teymur Cəfərov bu səhər vəfat etdi".

Qeyd edək ki, Teymur Cəfərovun müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə nəzarətə götürülmüşdü. O, Mərkəzi Hərbi Hospitalda EKMO ciahazına qoşulmuşdu. 

 

1