Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı erməni təxribatının qarşısını alarkən, qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun uşaqlıq fotosu yayılıb.
Foto çəkilərkən şəhid generalın əlində silah məğrur duruşu, onun gələcəkdə hərbçi olacağından xəbər verib.
Qeyd edək ki, şəkil 1980-cı ildə çəkilib. Həmin vaxt müharibə olmasa da, balaca Polad Həşimovun silaha marağı çəkilən fotoda özünü göstərib.
Mediapost.az