TƏBİB-in Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Əlişir Musayev vəfat edib.
Oxu.Az xəbər verir ki, Ə.Musayev 71 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, Əlişir Veys oğlu Musayev 1949-cu ildə Gürcüstanın Başkeçid rayonunun Qızılkilsə kəndində anadan olub.
Ə.Musayev ATU-nun fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor, Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olub.
2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.