Akisiyalar koronavirusa yoluxma sayına niyə təsir etmədi? - Statistika

ÖLKƏ
14:13 / 31.07.2020
1252

İqtisadçı ekspert Samir Əliyev iyulun 14-30 tarixlərində ölkə üzrə koronavirusa yoluxanların sayının dəyişmə dinamikasının qrafikini tərtib edib. 

HİT.Az xəbər verir ki, ekspertin sözlərinə görə, bu tarix təsadüfi seçilməyib:

"Həmin gün ölkənin hər yerində ordumuza dəstək aksiyaları keçirildi. Təbii ki, sosial məsafəni qorumaq və maska taxmaq arxa plana keçdi. Gözləmək olardı ki, bu tarixdən sonra yoluxma sayında əhəmiyyətli artım olacaq. Yoluxma sayının hətta 4 rəqəmli həddə çatması da real görünürdü. Ancaq statistik rəqəmlər xoşbəxtlikdən əks istiqamətdə dəyişməyə başladı. Yoluxa sayında azalma müşahidə edildi. Yoluxma sayının 600-ə çatacağı təhlükəsi aradan qalxdı və say 300-ə doğru düşməyə başladı. Aksiyadan 17 gün keçib. Virusun inkubasiya dövrü isə 2-14 gün müddətində olduğundan aksiyada yoluxanlarda indiyədək simptomlar özünü göstərməli idi. Ancaq statistikada azalmanı görürük".

Samir Əliyev buradan iki nəticəyə gəldiyini vurğulayıb:

1. Sosial məsafənin qorunmaması və maska taxılmaması yoluxmanı artırmır; 

2. Statistika real mənzərəni göstərmir və yoluxma sayı gizlədilir. 

Ekspertin fikrincə, 2-ci versiya daha realdır.

0