Azərbaycanda koronavirusa yoluxanların sayı xeyli AZALDI - BU GÜNÜN STATİSTİKASI

ÖLKƏ
16:24 / 31.07.2020
1514

Azərbaycanda koronavirus infeksiyasına 318  yeni yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə HİT.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib, aktiv xəstə sayı 5548-dir. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7789, ötən müddət ərzində isə ümumilikdə 724 953 test aparılıb.

0