Koronavirusu 4 gün ərzində yox edir - İNQİLABİ KƏŞF

21:08 / 16.05.2020
1318

Mərkəzi ABŞ-ın Kaliforniya ştatında yerləşən "Sorrento Therapeutics" biofarmasevtik firması COVİD-19-a qarşı yeni antikor tapıb.

“Fox News”a xəbər verir ki, “STI-14992” adlı tapıntı insan orqanizmini virusdan 100% qoruyur və yoluxan virusu 4 gün ərzində bədəndən xaric edir.

Mövzu ilə bağlı açıqlama verən firmanın baş icraçı direktoru Henri Ci bildirib ki, antikorla müalicə mümkündür və 100% həll yolu təmin edir: “Vücudunuzda neytrallaşdırıcı antikor varsa, sosial məsafəyə ehtiyacınız yoxdur. Həyatınızı qorxmadan normallaşdıra bilərsiniz”.

İcraçı direktor qeyd edib ki, “STI-14992”ni tapana qədər son 10 ildə topladıqları milyardlarla antikoru testdən keçiriblər. onların arasında olan yüzlərlə antikor COVİD-19-a qarşı müqavimət göstərib, sonuncu isə hətta orqanizmə daxil olmasının qarşısını alıb: “Antokorun əks təsiri olmadığından qoruycu müalicə kimi istifadə edilə bilər. Bu, hazırlanacaq hər hansı peyvənddən daha effektiv olacaq”.

Mütəxəssislər isə bu qədər qısa müddət ərzində 100% nəticə verəcək müalicə üsulunun kəşf edilməsini real hesab etmirlər.

1
Publika.az