İctimai Wi-Fi-dan istifadə edərkən bəzi saytlara daxil olmaq təhlükəlidir.
HİT.Az TED.az-a istinadən xəbər verir ki, bu barədə İT mütəxəssisi vəzifəsində çalışan Andrey Arsentyev danışıb
Mütəxəssis bildirib ki, istifadəçi haqqında şəxsi məlumatları olan internet-portallara baş çəkmək və ya orada qeydiyyatdan keçmək kibercinayətkarlar tərəfindən məlumatın oğurlanmasına səbəb ola bilər.
GK İnfoWatch-in analitiki və xüsusi layihələrinin rəhbəri Arsentyev, istifadəçilərə ictimai şəbəkələr vasitəsilə poçt ünvanlarına daxil olmamağı tövsiyə edib.
Bundan əlavə, ekspert istifadəçilərə ictimai şəbəkəyə qoşularaq onlayn alış-verişdən çəkinməyi və sosial şəbəkə şifrələrini daxil etməməyi məsləhət görüb.