Oruc tutmaq virusa yoluxma riskini artıra bilər?

ÖLKƏ
09:00 / 17.05.2020
1085

Oruc tutmağın COVID-19 infeksiyasına yoluxma riskini artıra biləcəyi ilə bağlı hazırda heç bir dəlil mövcud deyil.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin açıqladığı məlumatda deyilir. ÜST oruc tutanların təhlükəsizliyi üçün bunları tövsiyə edib:

Başqaları ilə aranızda ən azı 1 metr məsafə saxlayın.

İnsanların sıx toplaşdığı məkanlardan uzaq durun.

Əllərinizi düzgün şəkildə və tez-tez yuyun.

Sağlam və balanslaşdırılmış qidalanmağa çalışın.

Qida təhlükəsizliyi qaydalarına riayət edin.

Sevdiklərinizlə virtual əlaqə saxlayın.

Aktiv olun.

Yaxşı yatın.

0