Süni tənəffüs cihazına qoşulanların sayı azalıb - RƏSMİ

ÖLKƏ
10:00 / 03.08.2020
1061

Azərbaycanda koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.

Bu barədə HİT.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat daxil olub.

Hazırda reanimasiya şöbəsində müalicə alan xəstələrin sayı 272 nəfərdir.

Avqustun 1-də isə həmin şöbədə müalicəsini davam etdirənlərin sayı 267 nəfər idi.

Xəstələrdən 62 nəfər süni tənəffüs cihazına qoşulub. Ötən gün isə bu say 64-ə bərabər idi.

Hazırda ölkəmizdə 4 868 aktiv koronavirus xəstəsi var. Avqustun 1-də isə aktiv xəstə sayı 5 229-a bərabər idi.

0