Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar verib.
"Qafqazinfo"nun məlumatına görə, qərar əsasən, qrup halında fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət) ilə bağlı qadağa mayın 31-dək qüvvədə qalıb. Qərar mayın 18-dən qüvəyyə minir.
Qeyd edək ki, pandemiya dövründə fərdi tədris və repetitor xidmətlərinin fəaliyyətinə dair qaydalarda onlayn tədris prosesinə üstünlük verilməsi tövsiyə olunub. Fərdi tərdris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir. Bundan başqa, tədris vaxtı tibbi maskadan istifadə etmək, sosial məsafənin qorumaq zəruridir.
Xatırladaq ki, aprelin 27-dən etibarən şagirdlərin fərdi qaydada repetitor yanına getməsinə icazə verilib.