İtaliya koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Azərbaycana tibbi heyət göndərir.
HİT.Az xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin tvitter hesabında məlumat paylaşılıb.
“Azərbaycandakı missiya üçün hər şey hazırdır. İtaliya COVID-19-a qarşı mübarizədə ən həssas mərhələdə olan ölkələrə yardımını göstərməyə davam edir. Ön cəbhədə olan bütün tibb işçilərimizə təşəkkürlər”, – deyə açıqlamada qeyd olunub.
Bildirilib ki, departament Azərbaycana 11 nəfərdən ibarət heyət yola salır.