Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunmur.
Hİt.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Burada məqsəd insanların sıx şəkildə bir araya toplanmasının qarşısını almaqdır. Eyni zamanda çimərliklər də açıq hava olmasına baxmayaraq, orada da vətəndaşların gəlişi xüsusi nəzarət ilə təyin olunacaq".
TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva əlavə edib ki, kiçik ticarət obyektlərinin açılması müzakirə olunur:
"Yumşalmaya mərhələli şəkildə getmək lazımdır. Qeyd edim ki, çimərliklər açıq havadadır. Geyinmə-soyunma otaqlarının üstü açıq şəkildə olur və monitorinqlər aparılıb. Biz insanların istəyi və isti havaları nəzərə alaraq bu qaydaları qəbul etdik. Qarşıdakı günlərin nəticəsini nəzərə alaraq, növbəti qərarlar veriləcək