ARB TV-nin adından saxtakarlıq - FOTO

ÖLKƏ
11:39 / 04.08.2020
1058

Sosial şəbəkələrdə ARB TV-nin adından saxtakarlıq edilən şəxs aşkarlanıb.

HİT.Az xəbər verir ki, o, insanları aldadaraq 400 manat pul qarşılığında seriala çəkiləcəklərini vəd edir.

“Tezliklə “Son vəsiyyət” ailə dramı serialının çəkilişləri olacaq. Təcrübəli aktrisalar və aktyorlar yığılır. 1-ci və 2-ci dərəcəli insanlar axtarılır. ARB TV-də yayımlanacaq, daim çəkiləcək və sizə obrazlar veriləcək. Yəni arxa planda çəkilməyəcəksiniz. Sadəcə, 400 manat ödəniş etməklə bu fürsətdən yararlana bilərsiniz”, - deyə mətndə qeyd edilib.

ARB TV-nin əməkdaşları isə sözügedən mesajı paylaşaraq insanları saxtakarlıqdan yayınmağa səsləyib. Onlar bildirib ki, televiziya rəhbərliyi kanalın adından istifadə edən şəxsləri məhkəməyə verəcək.

0
Mediapost.az