Rəşid Behbudovun barelyefi təhlükə qarşısında - FOTO

ÖLKƏ
22:09 / 04.08.2020
971

Dünyaca məşhur azərbaycanlı müğənni, SSRİ və Azərbaycanın Xalq artisti Rəşid Behbudovun vaxtilə yaşadığı binada qoyulan barelyef erroziyaya uğrayır.

Bu barədə araşdırmaçı jurnalist Dilqəm Əhməd sosial media hesabında yazıb.

O qeyd edib ki, binada quraşdırılan kondisionerdən barelyefin üzərinə daimi su axıntısı var: “Təəccübləndim ki, arxasında nə ola bilər ki, üzə su vursun. Sən demə binadakı kondisioneri ustalar elə şəkildə qurublar ki, suyu yuxarıdan mütəmadi üstünə axır. Buna görə də barelyef qısa zamanda sıradan çıxa bilər”.

Qeyd edək ki, barelyef Azadlıq prospekti 67 ünvanında yerləşdirilib.

1
Publika.az