Güclü yağışlar nəticəsində İsmayıllı rayonuna sel gəlib.
Yağan yağışlar bir sıra fəsadlar törədib.
İsmayılı Rayon İcra Hakimiyyətinin birinci müavini Rövşən Ağayev paralel.az-a açıqlamasında bildirib ki, yağan yağışlar zamanı yol təsərrüfatına ziyan dəyib:
“Qurbanəfəndi, Müdri, Yuxarı Cülyan kəndlərinin yolları sel sularından zərər çəkib. Lahıc kəndinə gedən yol isə gecə saatlarında ucquna görə bağlanıb. Bu gün yol təmizlənib”.
“Sel nəticəsində tikililərə ziyan dəyməyib”, - deyə o qeyd edib.