Bu gün “Avroviziya” mahnı müsabiqəsi tarixində ilk dəfə olaraq səsverməsiz və qalibsiz keçirilib.
Kult.az xəbər verir ki, 2019-cu ilin nəticələrinə görə, bu il müsabiqə Niderlandda, Rotterdam şəhərində baş tutmalı idi. Niderland 40 ildən sonra bu hüququ əldə etmişdi.
Lakin pandemiya səbəbindən format dəyişdirilib və “Avroviziya” tamaşaçısız, səsvermə olmadan və qalib seçilmədən baş tutub.
41 ölkənin iştirakçılarının qatıldığı onlayn şouda Azərbaycanı Samirə Əfəndi “Kleopatra” mahnısı ilə təmsil edib.
“Avropa işıq saçır” devizi ilə keçirilən mahnı şousunda iştirakçılar birlik mahnısı da ifa edib.
İki saatlıq şou Bakı vaxtı ilə 23:00-da yayımlanıb.
Qeyd edək ki, "Avroviziya-2021" yenə Rotterdamda keçiriləcək.