Azərbaycan XİN Livana başsağlığı verdi

ÖLKƏ
11:12 / 05.08.2020
734

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livana başsağlığı verib.

HİT.Az-ın məlumatına görə, başsağlığı XİN-in rəsmi “Twitter” səhifəsində yayılıb.

Başsağlığında deyilir: "Beyrut limanında baş verən qorxunc partlayış barədə xəbərlərdən dərin hüzn keçiririk. Ölənlərin ailələri və Livan xalqına başsağlığı veririk. Xəsarət alanların tez sağalmalarını diləyirik".

0