Təmir işlərinin yarımçıq qalmasıyla bağlı görüntülərə AAYDA-dan reaksiya - VİDEO

ÖLKƏ
13:47 / 05.08.2020
983

Suraxanı rayonu Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsindəki təmir işlərinin yarımçıq qaldığı bildirilir.

“MediaPost” xəbər verir ki, bu barədə Murad Əhəd adlı şəxs sosial şəbəkədə video paylaşıb. 

Onun sözlərinə görə, bir neçə ay əvvəl ərazidə abadlıq işləri aparılıb, habelə yolun asfalt örtüyü yenilənib: “Lakin yeni təmir olunan yolun ortasında 20 metr ərazi asfaltlanmayıb, xətlənmə işləri isə yarımçıqdır”.

Bundan əlavə, həmin yolda səki də yarıya qədər tikilib.

Azərbaycan Avtomabil Yolları Dovlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli “MediaPost”a açıqlamasında vətəndaşın iddiasının əsassız olduğunu bildirib. Qurum rəsmisi ərazidəki işlərin hələ başa çatdırılmadığını söyləyib:

“Necə ola bilər ki, bu boyda iş görülsün, amma hansısa bir ərazi yaddan çıxsın? Dövlət agentliyi olaraq işə heç vaxt bu qədər səhlənkar yanaşmarıq. Həmin ərazidə birinci mərhələ üzrə İnqilab İsmayılov küçəsində inşa işləri yekunlaşıb. Digər hissə isə artıq General Əliağa Şıxlinski küçəsidir. Ümumi layihənin uzunluğu (İnqilab İsmayılov və General Əliağa Şıxlinski) 4.1 km-dir. Onun cəmi 2.2 km-i icra olunub, 1.9 km-i hələ qalıb. Yaxın müddət ərzində işlərə başlanılacaq və o hissə həmin əraziyə birləşdiriləcək. Mümkün deyil ki, yoldakı işlər yarımçıq saxlanılsın”.

A.Nəcəfli səki tikintisinin yarımçıq qalması məsələsinə də aydınlıq gətirib: “Səki işləri də yarımçıq saxlanılmayıb. İnqilab İsmayılov küçəsinin yola birləşən hissəsində yol 4-5 metrə qədər genişləndirilməlidir. Həmçinin təqribən 100 metrdən sonra səki davam etdirilərək kəsişən küçənin səki hissəsinə birləşdirilməlidir. General Əliağa Şıxlinski küçəsində işlər başlanılanda paralel olaraq səkinin digər küçədəki səkiyə birləşdirilməsi işləri həyata keçiriləcək”.

 

1