Baş Prokurorluqda dəyişikliklər - Bəzi idarə və şöbələr ləğv edildi

ÖLKƏ
14:10 / 05.08.2020
3129

Avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Bu barədə Baş Prokurorluqdan HİT.Az-a verilən məlumatda bildirilib.

Məlumata görə, Baş prokuror Kamran Əliyev bildirib ki, aparılan islahatlar çərçivəsində prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvatlaşdırılması, işində çevikliyin və səmərəliliyin artırılması, o cümlədən müasir dövrün tələblərinə cavab verən peşəkar dövlət təsisatı kimi yenidən formalaşdırılması məqsədilə Prezident lham Əliyevin 10 iyun 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilib:

“Qurumun strukturu qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla mahiyyətcə tamamilə yenidən formalaşdırılıb, daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılaraq struktur qurumların sayı 15-dən 18-ə çatdırılıb. Habelə idarəetmədə nəzarət mexanizminin optimallaşdırıması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilib”.

“Eyni zamanda, Azərbaycan Respublikasının Baş Prokurorluğunun yeni strukturuna uyğunlaşmanı təmin etmək məqsədilə Hərbi Prokurorluğun, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Bakı şəhər prokurorluğunun və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin də müasir çağırışlara cavab verən yeni strukturları təsdiq edilərək bəzi idarə və şöbələr ləğv edilməklə müasir tələblərə uyğun yeni struktur vahidləri yaradılıb, Respublika Hərbi prokurorunun əlavə müavini vəzifəsi təsis edilib”,-deyə K.Əliyev qeyd edib.

1