Baş Prokurorluqda kadr islahatları: 114 nəfər rəhbər vəzifələrə təyin olunub

ÖLKƏ
14:36 / 05.08.2020
1448

Avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluqdan HİT.Az-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyev bildirib ki, hesabat dövründə kadr korpusunun komplektləşdirilməsi istiqamətində 2020-ci il may ayının 1-dən cari tarixədək struktur dəyişikliyi və təyinatlarla bağlı 703 əmr imzalanıb:

“114 nəfər prokurorluq işçisi rəhbər vəzifələrə təyin olunub”.

Baş Prokuror həmçinin qeyd edib ki, son 3 ay ərzində aparılan islahatların nəticəsi olaraq 45 prokurorluq işçisi rayon (şəhər) və ərazi hərbi prokuroru vəzifəsinə təyin olunub:

“Onlardan 16-sı təkrar, 2-i isə ikinci səlahiyyət müddətinə prokuror vəzifəsinə təyin olunub.

Eləcə də, Baş Prokurorluğun 18 idarə və şöbəsindən 15-nin rəisləri dəyişilmiş, onlardan 7 prokurorluq işçisi ilk dəfə olaraq idarə və şöbə rəisi vəzifəsinə təyinat alıb. Bununla yanaşı, Baş Prokurorluğun idarə və şöbələrinin rəis müavinləri vəzifələrində də dəyişikliklər aparılaraq 11 prokurorluq işçisi idarə və şöbə rəisinin müavini vəzifəsinə təyin edilib”.

0