İlin sonunda yeni metro stansiyası açılacaq - Bakı Metropoliteni

ÖLKƏ
15:47 / 05.08.2020
1185

"İlin sonuna kimi B3 stansiyasının açılması ehtimalı var."

Bunu HİT.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O, həm istismarda, həm də tikintidə işlərin Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar çərçivəsində davam etdirildiyini bildirib:

"Bildiyiniz kimi, pandemiya ilə bağlı olaraq müxtəlif ölkələrdə müxtəlif vəziyyətdir. Bizim avadanlıqların əksər hissəsi ölkə xaricindən gətirilir. Bu məsələlərdən böyük asılılıq olmasa, işlərin bu il ərzində başa çatdırılması planlaşdırılır. Bu vaxta qədər gətirilmiş avadanlıqların quraşdırılması isə mərhələli şəkildə davam etdirilir".

Qeyd edək ki, hazırda tikintisi davam etməkdə olan stansiya Nəsimi rayonu ərazisində, Ceyhun Səlimov (Papanin) küçəsində Hərbi Hospitalla üzbəüz yerləşir.

Çingiz Səfərli

0