"MilliÖn"də sim kontur yükləmək funksiyası ləğv edildi

ÖLKƏ
16:48 / 05.08.2020
1374

"MilliÖn" ödəmə terminalları vasitəsilə azercell nömrələri ilə bağlı əməliyyatların icrası dayandırılıb.

HİT.Az-ın Pravda.az-a istinadən məlumata görə, Azercell mobil operator şirkəti ilə “MilliÖn” arasında bağlanan müqaviləyə xitam verilib.

Bununla da “MilliÖn” terminalları vasitəsilə azercell nömrələrinin balansının artırılması xidməti ləğv edilib.

Artıq 05.08.2020-ci il tarixindən etibarən “MilliÖn” ödəniş sistemi vasitəsilə “Azercell Telekom” MMC-nin fakturalı və fakturasız (SimSim) xətt nömrələrinin balansını artırmaq mümkün deyil.

4