Sentyabrın 1-dən liseylərdə dərs başlayır - ÖZƏL

16:51 / 05.08.2020
1216

Azərbaycanda özəl liseylər sentyabrın 1-dən virtual dərslərə start verir.

HİT.Az-ın əldə etdiyi xəbərə görə, özəl lisey şagirdlərinə tapşırıq verilib. Müəllimlər tərəfindən bildirilib ki, gələn ayın 1-nə hazır olsunlar, onlayn dərslər başlanacaq.

Martdan bağlanan məktəblər iyunun 15-dək virtual şəkildə tədrisi davam etdirmişdi. 

Qeyd edək ki, Operativ Qərargah yeni tədris ilinin sentyabrın 15-də açılıb-açılmamasını, pandemiya şəraitində dərslərin keçirilməsi qaydalarını müzakirə edir.

0