“AFB Bank”ın rəhbərliyində DƏYİŞİKLİK

ÖLKƏ
17:17 / 05.08.2020
789

“AFB Bank” ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik olub. 

HİT.Az “MediaPost”a istinadla xəbər verir ki, Müşahidə Şurasının üzvü Samir Şirinov vəzifəsini tərk edib. O, bu vəzifəyə ötən ilin may ayında təyin olunmuşdu.

Hazırda “AFB Bank” ASC-nin Müşahidə Şurasının tərkibi bir sədr, iki üzvdən ibarətdir.

Həmçinin bankın Audit Komitəsinin üzvü Famil Kərimov vəzifəsini tərk edib və onu bu vəzifədə Müşfiq Şabiyev əvəz edib.

0