Tanınmış həkimdən səhiyyə qurumlarına etiraz: Tibb işçiləri bu qədərmi hörmətsiz oldu?

ÖLKƏ
21:40 / 06.08.2020
1246

Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə davam edir. “Korona” ilə savaşda “ön cəbhə”də həkimlər dayanıb. Artıq bu günə qədər onlarla tibb işçisi koronavirusdan vəfat edib.

Tanınmış həkim Aydın Əliyev COVID-19-la mübarizədə “ön cəbhə”də olan tibb işçilərinə diqqət və qayğının artırılmasnı vacib sayıb:

“Pandemiya ilə mübarizədə dünyasını dəyişən tibb işçiləri bu qədərmi hörmətsiz oldu? Onların ailələrinə heç olmasa bir A4 kağızda məktub da göndərmək olmazdımı ki, sizin həyat yoldaşınız, övladınız, atanız, ananız pandemiya ilə mübarizədə fədakarlıq göstərib, həyatını itirib. Hərbi qulluqçular şəhid olarkən onlar son mənzilə komandirlərin iştirakı ilə yola salınır, onlara şəhid statusu verilir. Ordumuzu gücləndirən və motivasiya edən səbəblərdən biri də belə gözəl ənənələrdir! Çox təəssüf ki, pandemiya ilə mübarizədə həyatını itirən tibb işçilərinə qarşı oxşar münasibət göstərilmir!”

Aydın Əliyev aiddiyyatı qurumları laqeydlikdə suçlandırıb:

“Səhiyyəni idarə edən qurumlar niyə işçilərinə dəyər vermir? Hökumətin koronavirusla mübarizəyə ayırdığı vəsaitdən həyatını itirən tibb işçilərinin ailələrinə niyə kompensasiya verilmir?”

 

0
Cebhe.info