SMS-icazə ləğv edildi: cərimələnənlər azaldımı? - AÇIQLAMA

ÖLKƏ
12:55 / 06.08.2020
951

"SMS-icazə, eləcə də icazə portalından istifadə etməklə yaşayış yerini tərk etməklə bağlı tələblər ləğv edildikdən sonra, bu istiqamətdə aşkar olunan inzibati xətaların sayında kifayət qədər azalma var". 

Bunu HİT.Az-a açıqlamasında Azərbaycan Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Kamran Əliyev deyib. O bildirib ki, ötən gün respublika üzrə karantin rejiminin pozulmasına görə 371 nəfər cərimə olunub:

"Onlardan 303 nəfəri İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsi ilə, yəni karantin rejiminin pozulmasına görə, 68 nəfər isə tibbi maskalardan istifadə etmədiyinə görə məsuliyyətə cəlb olunub".

Çingiz Səfərli

0