"Karantin cərimələrinə görə, nə güzəşt, nə də faiz tətbiq olunmur".
Bunu HİT.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. O, bildirib ki, həm güzəşt, həm də faiz (dəbbə pulu) yalnız yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara şamil edilir.
"Əgər hər hansısa bir şəxs sərt karantin rejimində 200 manat məbləğində cərimə olunubsa, 3 aydan sonra da həmin məbləği ödəyəcək. Yaxud karantin rejimi sərtləşdirilməmişdən əvvəl cərimə məbləği 100 manat idisə, yenə 100 manat həcmində qalır".
Çingiz Səfərli