Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə sədr təyin edib.
HİT.Az xəbər verir ki, “MediaPost”un əldə etdiyi özəl məlumata görə, nazirin müvafiq əmri ilə, Vüqar Behbudov Şəfa oğlu bu qurumun İdarə Heyətinin sədri təyin olunub.
Qeyd edək ki, bu vəzifəyə qədər Vüqar Behbudov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, ölkə başçısının 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyi İdarə Heyəti 4 (dörd) nəfərdən –Əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 3 (üç) müavinindən ibarətdir.