Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.
HİT.Az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, son məlumatlardakı rəqəmlərə əsasən, Bakıda yoluxma halları cüzi də olsa azalıb.
Belə ki, bundan əvvəlki göstəricilərdə ümumi yoluxma hallarında Bakının payı 56,5 faiz təşkil edirdisə, hazırda bu, 56,3 faizdir.
Sonrakı yerlərdə 16,1 faizlə Abşeron, 9,4 faizlə Aran, 6,7 faizlə Gəncə-Qazax, 4,5 fazilə Lənkəran, 1,9 faizlə Quba-Xaçmaz, 1,7 faizlə Dağlıq Şirvan, 1,5 faizlə Şəki-Zaqatala, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb.
Rəsmi məlumata görə, Naxçıvan Muxtar Respublikasında yenə də yeni yoluxma qeydə alınmayıb.
Ölkə xaricində yoluxanlar ümumi yoluxanların 0,8 faizini təşkil edir.