Məni pis adamlardan uzaqlaşdır - Ramazan ayının 16-cı gününün duası

01:06 / 10.05.2020
1174

Bu ayda Qurandan bircə ayə oxuyan şəxs, başqa aylarda bütöv Quranı oxumuş şəxs qədər savab qazanar...

Məsumlarımız buyururlar ki, Ramazan ayında qılınmış bir vacib namaz, başqa aylardakı yetmiş namazdan əfzəldir. Bu ayda hər kim Peyğəmbərə (s) çoxlu salavat göndərərsə, qiyamət günündə əməllər hesablananda xeyir əməlləri ağır gələr. Bu ayda Qurandan bircə ayə oxuyan şəxs, başqa aylarda bütöv Quranı oxumuş şəxs qədər savab qazanar.

Bu gün Ramazan ayının 16-cı günüdür və bu günün duası belədir:

"Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl-aləmin".

Tərcüməsi:

"İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin Allahı".

0
Interaztv.com