190 manat ödənilən şəxslərin sayı azaldılıb? - RƏSMİ AÇIQLAMA

ÖLKƏ
12:16 / 07.08.2020
1269

“190 manat sosial ödəniş iş yerləri bağlandığı, işini və gəlirini itirən qeyri-formal şəxslərə dəstək üçün verilirdi. Həmçinin, aztəminatlılıq meyarlarına əsasən ödənilirdi”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 600 min insana aprel və may aylarında bu ödəniş həyata keçirildi:

“Həmçinin, növbəti məhdudiyyətlərdə də sərt karantin tətbiq edilən rayon və şəhər sakinlərinə bu müavinət ödənildi. Burada hər hansı say azalmasına gedilməyib. Sosial ödəniş üçün müraciət edən digər vətəndaşlar üçün haqqı ödənilən ictimai işlər təklif edildi”.

“Əgər vətəndaş 190 manat üçün müraciət edirsə və özünü aztəminatlı hesab edirsə, ona təklif edilən iş yeri minimum əməkhaqqı olan iş yeridir. Əgər şəxs ali savadlı və yüksək ixtisaslıdırsa və bu işləri istəmirsə, onlar üçün 47 min vakansiya var və ora müraciət edə bilər. Pandemiya dövründə iş yerləri azalır və zəmanət yoxdur ki, onların hamısı iş tapacaq. 

İctimai işlərin hədəf kütləsi bəllidir. Bu işlərə dövlət sektorunda ehtiyac yoxdur, bu, sosial layihədir, aztəminatlı işsiz şəxslər üçündür. Minimum əməkhaqqı səviyyəsi ilə işləyən 10 minlərlə insan var”, - deyə nazir qeyd edib.

4