Deputatlar tətilə yollandı

ÖLKƏ
12:32 / 07.08.2020
842

Milli Məclisin növbədənkənar sessiyası öz işini başa çatdırdı.

HİT.Az-ın musavat.com-a istinadən məlumatına görə, Spiker Sahibə Qafarova bildirdi ki, parlamen üç gün ərzində 6 qanun layihəsini üç oxunuşda müzakirəyə çıxararaq, qəbul edib.

Maliyyə naziri Samir Şərifov qısa nitqində bildirib ki, millət vəkilləri yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirərək, dövlətimiz üçün vacib qanun layihələrini qəbul etdilər.

Bundan sonra Milli Məclisin növbədənkənar iclası öz işini dövlət himnimizin oxunması ilə sessiya öz işini yekunlaşdırdı.

Deputatların yay tətili 15 sentyabradək davam edəcək və ondan sonra payız sessiyasının komitə iclasları başlayacaq.

2