Azərbaycanda 23 nəfər yanaraq ölüb

ÖLKƏ
22:21 / 07.08.2020
1010

Azərbaycanda 2020-ci ilin I yarımilliyi ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1121 olub.

HİT.Az FHN-ə istinadən xəbər verir ki, yanğın hadisələri zamanı 23 nəfər həlak olub, 61 nəfər xəsarət alıb.

Qeyd edək ki, bu göstərici ötən illə müqayisədə yanğından həlak olanlar üzrə 13 nəfər və ya 36% azdır, xəsarət alanlar üzrə 55 nəfər və ya 47% azdır.
 

0