Şəhid mayorun inşası yarımçıq qalmış evinin təmirinə başlanıldı - FOTO

ÖLKƏ
21:57 / 07.08.2020
1060

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Qazax rayonunun Yuxarı Salahlı kənd sakini mayor Namiq Əhmədovun inşası yarımçıq qalmış evində təmir-tikinti işlərinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin dəstəyi ilə aparılan təmir-tikinti işləri qısa müddətdə başa çatdırılaraq, şəhidin ailə üzvlərinə təqdim olunacaq.

0