Ceyhun Bayramov səfirlərin fəaliyyətini ARAŞDIRMAĞA BAŞLADI

ÖLKƏ
10:18 / 08.08.2020
1246

“Cənab Prezidentin tapşırığına uyğun olaraq, Xarici İşlər Nazirliyinin (XİN) həm aparatının, eyni zamanda xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərimizin işi, fəaliyyəti artıq təhlil olunur. Qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçiriləcək”.

HİT.Az xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov bunu Azərbaycan Televiziyasının "Hədəf" verilişində deyib.

Onun sözlərinə görə, XİN-in mərkəzi aparatı, onun struktur bölmələri və xarici diplomatik nümayəndəliklər arasında koordinasiya işi ciddi formada təhlil edilməlidir: “İşin həcmi və hədəflər düzgün müəyyən edilməlidir və cənab Prezidentin müəyyən etdiyi əsas prioritet istiqamətlərə yönəlməlidir”.

Nazir bildirib ki, əsl peşəkar və vətənpərvər kadrların şəffaf, ədalətli seçim əsasında önə çəkilməsi xüsusi prioritet olacaq.

0