Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargah avqustun 10-dan etibarən sərtləşdirilmiş karantin rejimində tətbiq ediləcək yumşalmalarla bağlı brifinq keçirir.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, mətbuat konfransında Prezidentin köməkçisi Şahmar Mövsümov, İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf və TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva jurnalistlərin suallarını cavablandırır.