Operativ Qərargahdan əhaliyə müraciət: sərtləşməyə gedilə bilər

ÖLKƏ
11:17 / 08.08.2020
1557

Karantin qaydalarına riayət edilməsə və yoluxmalar alovlansa, təəssüf ki, yenidən sərtləşdirməyə getməyə məcbur olacağıq.

HİT.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov qeyd edib ki, dünyanın heç bir yerində virus bitməyib:

"Sosial şəbəkələrdə yazırlar ki, "filan ölkədə karantin yoxdur, insanlar maska da taxmır və s.". Mən demək istəyirəm ki, bunlar kökündən yanlış fikirlərdir".

1