Hər bir həkimin məzuniyyətə çıxmaq haqqı var. Hazırda pandemiya dövründə yaşayırıq. Bu dövrdə təqaüddə olan həkimlər belə ehtiyac olarsa, işə cəlb oluna bilər.
HİT.Az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, həkimlərin məzuniyyətə çıxmasını həmin müəssisənin rəhbəri təşkil etməlidir:
"Lakin həkimlər ehtiyac olacağı tədqirdə geri çağrılmaqla məzuniyyətə buraxıla bilər”.