Toylara nə vaxt icazə veriləcək? - Rəsmi cavab

ÖLKƏ
11:51 / 08.08.2020
1465

Hazırda hökumət biznes fəallığının artırılması istiqamətində işlər aparır.

HİT.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf bildirib.

R.Nəcəfin sözlərinə görə, ilkin mərhələdə daha az əməkdaşın cəlb olunduğu sahələrdə fəaliyyətin bərpa olunması nəzərdə tutulub:

"Toylar daha çox insanın toplaşdığı bir tədbirdi. Bu baxımdan toyların bərpası 2-ci, 3-cü mərhələdən sonra, vəziyyətdən asılı olaraq, toyların keçirilməsinə icazə verilə bilər".

Prezidentin köməkçisi Şahmar Mövsümov əlavə edib ki, toy biznesilə məşğul olan sahibkarların əməkdaşları indiki məqamda yardım almırlarsa, deməli onların rəsmi müqaviləsi olmayıb, vergi ödəyicisi deyillər:

"Ona görə də hökumətdən nəsə tələb etmək doğru deyil. Bu baxımdan post pandemiya dövründə bu məsələlərə daha çox diqqət yetiriləcək".

0