“190 manatın heç olmasa 10 manatını kartdan çıxarsaydı, bloklanmazdı” - AÇIQLAMA

ÖLKƏ
12:45 / 08.08.2020
769

“190 manat daha çox ehtiyacı olan insanlar üçündür”.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov qeyd edib ki, vətəndaş 190 manatın 1 manatına belə toxunulmayıbsa, deməli onların bu pula ehtiyacı yoxdur:

"Heç olmasa 190 manatın 10 manatından istifadə edilsəydi, kartlar bloklanmazdı. Ona görə də həmim vəsait ehtiyaclı olan sahələrə, həkimlərin əməkhaqqına yönəldiləcək".

0
Modern.az