İnsanların qapalı məkanlarda sıx toplaşması nəticəsində virusun yayılması daha çox olur. Bu səbəblə bu il məscidlərin açılması müzakirə olunmur.
HİT.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, bu il xüsusi ildir:
"Nəzərə alın ki, həcc ziyarəti də təşkil olunmadı. Bütün baş verənləri nəzərə alaraq dini ibadət məkanlarının açılması müzakirə mövzusu deyil".