Prezidentin təltif etdiyi alim Muradov kimdir?

ÖLKƏ
09:02 / 09.08.2020
1140

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Şahbaz Musa oğlu Muradovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Şahbaz Muradov 10 avqust 1940-cı ildə Laçın rayonunun Xumarta kəndində dünyaya göz açıb.

Ş.Muradov təhsilini Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakultəsində davam etdirib. O, 1961-ci ildə oranı əla qiymətlər və “fərqlənmə” diplomu ilə bitirib gənc mütəxəssis kimi işləməyə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna göndərilib. Həmin vaxtdan fasiləsiz olaraq burada işləyən Ş.Muradov 1961-1966-cı illərdə kiçik elmi işçi, 1966-1968-ci illərdə böyük elmi işçi, 1968-1991-ci illərdə şöbə müdiri, 1991-1998-ci illərdə elmi işlər üzrə direktor müavini, 1999-2008-ci illərdə isə institutun direktoru vəzifəsində çalışıb.

Ş.Muradov 1965-ci ildə iqtisad üzrə fəlsəfə doktoru, 1972-ci ildə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi, 1977-ci ildə isə professor elmi adı alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

0
Axar.az