Azərbaycanda yoluxma sayı 100-dən aşağı düşdü - STATİSTİKA

ÖLKƏ
14:08 / 09.08.2020
2164

Azərbaycanda koronavirus infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 308 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 2714 nəfərdir.

1